Gürcüstanda koronavirusdan daha 12 nəfər öldü

2 Mart 2021 14:14

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 461 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 271 379, ölənlərin sayı isə 3 532 nəfərə çatıb.

Virusa yoluxanlardan 265 686 nəfərin sağaldığı bildirilir.

Milli.Az