ABŞ Ukraynaya hərbi sahənin inkişafı üçün 250 milyon ABŞ dolları yardım edəcək.
Milli.Az unikal.org-a istinadən bildirir ki, yardım Pentaqon vasitəsilə həyata keçiriləcək.
Bildirilib ki, 250 milyon dollarlıq hərbi yardım büdcəsi iki hissədən ibarət olacaq. 100 milyon ABŞ dolları Ukraynaya qeyd-şərtsiz veriləcək. Yardımın 150 milyon dollarlıq ikinci hissəsi isə Ukraynanın müdafiə sferasında və hərbi inkişafda göstərəcəyi uğurlardan asılı olaraq ödəniləcək.
Milli.Az