Ermənistan müxalifəti növbəti mitinq gününü elan etdi

2 Mart 2021 11:51

Ermənistan müxalifəti növbəti mitinqi martın 3-nə təyin edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə "Vətənin qurtuluşu hərəkatı"nın koordinatoru İşxan Saqatelyan deyib.

O bildirib ki, müxalifət mübarizəsini davam etdirir və 3 mart saat 16:00-da növbəti mitinq keçiriləcək.

Milli.Az