Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaq

2 Mart 2021 09:55

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü axşam saatlarında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında danışıqlar aparacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Frace-Presse" agentliyi Makron administrasiyasına istinadən xəbər verir.

Məlumata əsasən, bu, iki liderin son yarım ildə birinci danışıqları olacaq. Videokonfrans yerli vaxtla saat 18:00-a planlaşdırılıb, onun nə qədər davam edəcəyi məlum deyil.  

Agentlik danışıqlar zamanı hansı məsələlərin qaldırılacağını dəqiqləşdirmir, lakin iki lider arasında olan çoxsaylı fikir ayrılığı və qiyabi polemika barədə xatırladır.

Milli.Az