Dini məktəbin idman müəllimi əxlaqsız çıxdı, qalmaqal qopdu - FOTO

2 Mart 2021 16:40

Dini məktəbin qadın idman müəlliminin əxlaqsız olduğu üzə çıxıb.

Milli.Az Fox19-a istinadla bildirir ki, ABŞ-ın Florida ştatındakı katolik məktəblərinin birinin idman müəllimi Crystal Jackson əxlaqsızlığına görə işdən qovulub. Qadınla birlikdə onun 3 azyaşlı övladı da məktəbdən xaric edilib.

Belə ki, məlum olub ki, idman müəlliminin "onlyfans" platformasında çılpaq şəkilləri var imiş. O, çılpaq şəkillərini pulla satırmış.

Dedi-qoduların təsdiqini tapması vəziyyəti çətinləşdirib. Valideynlər müəllimin məktəbdə işləməsindən narazı olduqlarını bildiriblər. Qısa müddət sonra müdriyyət müəllimin və uşaqlarının məktəbdən qovulduğunu elan edib.

İsmayıl
Milli.Az