Bakıda yanğın: 4 nəfər xilas edilib

2 Mart 2021 07:05

Bakıda mansarda tipli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində 1 ədəd kondisioner, 1 ədəd televizor və 3 ədəd xalça yanıb. Yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və 2 ədəd elektrik sobası əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az