Bakıda güclü yanğın: 25 nəfər...

1 Mart 2021 23:48

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb.

Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az