Abşeron rayonunda 3 otaqlı ev yanıb

1 Mart 2021 23:34

Abşeron rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 30 m² sahədə, 1 otağında divan-kreslo, masa və giriş qapısı qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az