İtaliya klubu "Krotone" baş məşqçisi Covanni Stroppa ilə yollarını ayırıb.
Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.
Bildirilib ki, ardıcıl uğursuz nəticələr səbəbindən çalışdırıcı istefaya göndərilib. Komanda hazırda A seriyasında 12 xalla sonuncu pillədə qərarlaşır.
Qeyd edək ki, Covanni Stroppanın 2018-ci ildən çalışdırdığı "Krotone" ötən il A seriyasına vəsiqə qazanıb.
Milli.Az