Məktəb yaxınlığında partlayış baş verib, azərbaycanlı yeniyetmə ölüb - FOTO

1 Mart 2021 16:48

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda məktəb binasının yaxınlığında partlayış baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində etnik azərbaycanlı olan 11 və 15 yaşlı iki qardaş yaralanıb.

Ağır bədən xəsarətləri alan 15 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 11 yaşlı uşağın isə yüngül xəsarətlər aldığı və həyatına təhlükə olmadığı bildirilib.

Atasının sözlərinə görə, partlayışa səbəb uşaqların məktəbdən qayıdarkən tapdığı naməlum əşya olub. 

Partlayış baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Milli.Az