Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib

1 Mart 2021 18:59

AMEA Nəsimi adına Dilçilik İnstitutu "Qaynar xətt"in fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnstitutdan Milli.Az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. "Qaynar xətt" hazırda fəaliyyət göstərir:

"Son bir həftə ərzində "Qaynar xətt"ə onlarla zəng daxil olub və cavablandırılıb. Arzu edənlər "Qaynar xətt"ə (012 538 06 37) müraciət edə bilərlər".

Milli.Az