Polis “Barselona”nın ofisində axtarış aparır

1 Mart 2021 17:34

Bu gün Kataloniya polisi "Barselona"nın baş ofisində axtarış aparıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb. Mənbə bildirib ki, səhər iş saatı başlayandan bir neçə polis ofisə gəlib. Yoxlamanın səbəbləri bilinmir. Güman edilir ki, bu, klubun sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı ola bilər.

Qeyd edək ki, 2021-ci il martın 7-də "Barselona" prezidentliyinə seçkilər keçiriləcək.

Milli.Az