Kuman gedir, Arteta gəlir?

2 Mart 2021 00:51

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Barselona"nı çalışdıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "El Barça bir RAC1" məlumat yayıb. Kataloniya klubunun martın 7-də keçiriləcək prezident seçkilərində Xuan Laporta qalib gələrsə, o, baş məşqçi vəzifəsində dəyişiklik edəcək. Laporta Ronald Kumanı istefaya göndərib, onun əvəzinə Artetanı gətirməyi planlaşdırır.

Qeyd edək ki, yanvarın 24-də keçirilməli olan prezident seçkiləri koronavirus pandemiyasının geniş yayılmasına görə martın 7-dək təxirə salınmışdı.

Milli.Az