Zərdabda 56 yaşlı qısqanc ər arvadını boğub öldürdü

1 Mart 2021 14:10

Zərdabda kişi arvadını qətlə yetirib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı  Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.

Milli.Az