Rejissor bu məşhur FOTOnun müəllifini açıqladı

1 Mart 2021 14:25

Ötən gündən sosial şəbəkədə hər kəsin paylaşdığı və Şuşanın azad edildiyi gün çəkildiyi bildirilən foto ilə bağlı rejissor Cavidan Şərifov məlumat yayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, sözügedən şəklin müəllifinin fotoqraf Zaur Mirzəyev olduğunu vurğulayıb:

"İdeya müəllifi isə özüməm. Bu şəkil kapitulyasiya aktından sonra çəkilib, 11 noyabr 2020-ci ildə. İmzalanan sənədə baxmayaraq ordu birləşmələri hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdə idilər. Düşmən tərəfindən hər şey gözləmək olardı.

Bu şəkil Şuşa şəhərinin altında Xankəndinə gedən yolda çəkilib. Bu igidlər isə Şuşanı düşmənlərdən təmizləyən igidlərdir. Hazırda bir film üzərində iş gedir və ən qısa zamanda bu filmdə çox maraqlı və igidlik nümunəsi olan səhnələrin şahidi olacaqsınız".

Milli.Az