İrəvanda hökumət binasına basqın etdilər - VİDEO

1 Mart 2021 13:34

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir dəstə müxalifətçi bir sıra nazirliklərin yerləşdiyi hökumət binasına basqın edib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, olay 3-cü Hökumət Korpusunda yaşanır.

Korpus Nazirlər Kabinetinin yaxınlığındadır.

"Hünərləri var, bizə atəş açsınlar! O güllələri elə özlərinə qaytaracağıq", - binaya basqın edənlər deyiblər.

Milli.Az