Arif Hacılı da peyvənd vurdurdu

1 Mart 2021 13:09

Müsavat Partiyasının başqanı Arif Hacılı da Covid-19 əleyhinə peyvənd olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə feysbukda yazan partiya sədri bildirib ki, ilk peyvəndini 19 saylı şəhər poliklinikasında vurdurub: "Peyvəndin heç bir fəsadı yoxdur. Ümumiyyətlə, Azərbaycanda yanvar ayının 18-dən bu günə qədər 100 mindən çox vətəndaşımız peyvənd olunsa da, şükürlər olsun ki, hələlik heç kəsdə peyvəndə görə ciddi fəsadların olması barədə təsdiqlənmiş məlumata rast gəlməmişəm.

Peyvənd təhlükəli deyil. Özümüzü və ətrafımızdakıları qorumaq üçün peyvənd olunmağımız vacibdir".

Milli.Az