Koronavirus nə zaman mövsümi xəstəlik olacaq?

1 Mart 2021 22:50

Rospotrebnadzor Mərkəzinin Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya koronavirusun yaxın bir neçə ildə mövsümi bir xəstəlik halına gələ biləcəyini deyib.

Milli.Az xəbər verir ki, ekspert bunun yaxın bir və ya iki il ərzində baş verəcəyini təxmin edir:

"COVID-19-da mövsümi infeksiyanın xüsusiyyətləri görünməyə başlayır. Buna 2020-ci ilin payızında yoluxma sayının əhəmiyyətli dərəcədə artmasını misal göstərmək olar", - mütəxəssis deyib.

Alimin sözlərinə görə, kovid infeksiyasının alovlanmaları nəzəri olaraq payız və yaz aylarında müşahidə oluna bilər, çünki ilin bu dövrlərində mövsümi tənəffüs yoluxucu xəstəliklərdə artım olur.

Bundan əlavə epidemioloq koronavirusun yüksək nəm və mövsüm keçidlərindən daha asan yayıldığını bildirdi. Bununla birlikdə, o, əlavə edib ki, kovid insidansında artım bir neçə il ərzində, hətta əhalinin əksəriyyəti peyvəndləndikdən sonra da davam edəcək. (publika.az)

Milli.Az