İstanbulda fabrikdə partlayış: yaralılar var - VİDEO

1 Mart 2021 15:44

Türkiyənin İstanbul şəhərində süni dəri istehsal edən fabrikdə partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Arnavutköydə yerləşən fabrikdə səhər saatlarında baş verən partlayış yanğına səbəb olub.

İlkin məlumata görə, yanğın nəticəsində üç nəfər yaralanıb.

Əraziyə səhiyyə, polis və xilasedicilər cəlb edilib.

Milli.Az