"Yuventus"un gözü PSJ-nin yarımmüdafiəçisində

1 Mart 2021 13:37

"Yuventus" PSJ-nin futbolçusu Yulian Draksleri heyətinə qatmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Calciomercato" məlumat yayıb. Turin klubu bu yay 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.

A seriyası təmsilçisi almaniyalı oyunçunun PSJ ilə müqaviləsinin mövsümün sonunda başa çatmasından yararlanıb, onu azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Draksler bu mövsüm Liqa 1-də 15 matça çıxaraq, 3 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az