"Gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir" - Baş həkimin müavini

1 Mart 2021 11:11

Vaksinasiya prosesi yüksək səviyyədə davam edir, gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib.

O qeyd edib ki, poliklinikada həkimlərin ikinci doza vaksinasiyası da yekunlaşıb:

"Yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibb işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndləməsi həyata keçirilib. Bu günə kimi poliklinikamızda təxminən 1050 nəfər vaksinasiya olunub".

Ş.Quliyev bildirib ki, vaksinasiya olunan şəxslər arasında heç bir mənfi təsir qeydə alınmayıb.

Milli.Az