Gürcüstanda son sutkada koronavirusdan 10 nəfər ölüb

1 Mart 2021 12:15

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 160 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 270 918, ölənlərin sayı isə 3 520 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 265 523 nəfərin sağaldığı bildirilir.

Milli.Az