QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar başlanıb, pozuntular var

1 Mart 2021 10:45

10:45

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib ki, hazırda yoxlamalar davam etdirilir: "Yoxlamalar başa çatandan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

---------
10:20

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

Milli.Az xəbər verir ki, Palatadan bildirilib ki, yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcəyi deyilir.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Milli.Az