Uqo Lorisdən rekord

1 Mart 2021 11:14

"Tottenhem"in qapıçısı Uqo Loris klub rekorduna imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiper buna ötən gün Premyer Liqanın 26-cı turunda "Bernli" ilə matçda (4:0) qol buraxmamaqla imza atıb. Yerli çempionatda 285-ci oyununa çıxan Loris həmin görüşlərdən 100-də qapısını toxunulmaz saxlamağı bacarıb. Bu isə "Tottenhem" tarixi üçün ən yaxşı göstərici sayılır. Beləliklə, fransalı qapıçısı klub rekorduna imza atıb.

Premyer Liqada qapısını ən çox oyunda toxunulmaz saxlayan "Çelsi"nin və "Arseal"ın sabiq qolkiperi Petr Çexdir. O, 202 matçda qol buramayıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Tottenhem" 39 xalla 8-ci pillədə qərarlaşır.

Milli.Az