Təbii qaz bahalaşıb

1 Mart 2021 10:58

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,65% artaraq 2,791 ABŞ dolları təşkil edib.

Milli.Az