Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb

1 Mart 2021 07:22

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 66 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 569 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 8 424 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 701 588 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 6 511 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 572 234 nəfər təşkil edir.

Milli.Az