Öləndən sonra da ağvalideyn olmaq olur

2 Mart 2021 20:55

Bəzi hədislərin buyurduğuna görə, ağvalideyn olmaq ancaq valideynlərin sağ olmaq zamanına aid deyildir. Hətta onlar öləndən sonra belə, ağvalideyn olmaq olur. Bu, o insandır ki, valideynləri öləndən sonra onların borclarını qaytarmaz və ya onlar üçün bağışlanma istəməz.

Bunun əksi də mümkündür. Ola bilsin ki, övlad valideyn sağ olan zaman ağvalideyn olsun, lakin öləndən sonra gözəl əxlaqına görə ağvalideyn olmasın.

İmam Baqir (ə) buyurur: "O bəndə ki, ata və anası sağ olan zaman onlara qarşı yaxşılıqlar edər, əgər öləndən sonra onları unudarsa, haqlarını və borclarını ödəməzsə, onlar üçün rəhmət istəməzsə - Allah onu ağvalideyn hesab edər.

O bəndə ki, ata və anası sağ olan zaman onlara qarşı yaxşılıq və ehsan etməmişdir - ağvalideyn olar. Əgər öləndən sonra onların borcunu əda edərsə, dua və rəhmət istəməklə onları yada salarsa - Allah Təala onu ata və anasına qarşı yaxşı əməl sahibi kimi hesab edər və qeyd edər".

Ona görə də insan gərək valideynlərini öləndən sonra da unutmasın və onlar üçün bağışlanma diləsin və borclarını qaytarsın. Onlara savablar göndərsin və onların adına ehsanlar versin, yaxşı əməllər yerinə yetirib, savabını onlara hədiyyə etsin. Ancaq bu zaman insan valideynlərinin haqqının bir hissəsini ödəmiş ola bilər. Əks halda ağvalideyn hesab olunar.

Milli.Az