Mal-qaranın daşınması zamanı zəruri qaydalar

6 Mart 2021 23:10

Kəsimə aparılan heyvan düzgün daşınmalıdır.
Yalnız sağlam heyvanlar kəsimə aparıla bilər.
Mal-qaranın daşınması zamanı zəruri qaydalar:
- Heyvanlar kəsim məntəqələrinə sürü ilə, xüsusi vaqonlarla, su və avtomobil nəqliyyatı ilə daşına bilər
- Heyvanlar dezinfeksiya olunmuş nəqliyyat vasitələri ilə daşınmalıdır
- Sağlamlığı təsdiq edən baytarlıq şəhadətnaməsi olmadan heyvanlar daşınmamalıdır
- Heyvanlar daşınarkən coğrafi-iqlim şəraiti nəzərə alınmalıdır
- Daşınma müddəti itkinin yaranmasına təsir edir
- Uzaq məsafəyə heyvan daşınması zamanı yemləmə-sulama, istirahət təmin edilməlidir
- Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalıdır
- Baytarlıq preparatları tətbiq olunmuş heyvan təlimatdakı müddət bitdikdən sonra kəsim üçün daşınmalıdır
- Heyvanın kəsimxanaya qəbulu baytarlıq şəhadətnaməsinə uyğun aparılmalıdır
Kəsim heyvanların rifahı qorunmaqla həyata keçirilməlidir. 

Milli.Az