Hər gün 30 qram kərə yağı yeməlisiz - VACİB SƏBƏB

6 Mart 2021 23:15

Bir zamanlar qıtlıq illərində həkimlər, dietoloqlar kərə yağını az qala sağlamlığın düşməni elan edib, insanları inandırırdılar ki, problemlərin səbəbkarı kərə yağıdır.

Duru yağı, ucuz bitki yağı, marqarin daha yaxşıdır. İndi isə əksinə deyirlər: kərə yağı lazımdır, vacibdir, indi də yaxşı, təmiz kərə yağı tapılmır.

Normaya görə insan sutkalıq 30qr kərə yağı almalıdır.

Milli.Az medicina.az-a istinadən hər gün kərə yağı yeməyin faydalarını təqdim edir.

-Yanlış olaraq deyirlər ki, kərə yağı xolesterini artırır, damarları tutur. Amma kərə yağı pis xolesterinlə yanaşı yaxşı xolesterini də artırır, bu da damarlardan, qandan zərərli xolesterini qovmaq üçün vacibdir.

- Dırnaqlar, saç, dəri sağlamlığı üçün - Omeqa 3-6, A, E, D vitaminləri kərə yağındadır.

- Ürək-damar sistemi üçün - damarlarda xolesterin tıxaclarının qarşısını alır. Damarları tonusda saxlayır.

- Mədə-bağırsaq sistemi üçün - kərə yağında olan qlikosfinqolipidlər bağırsaqları infeksiyalardan qoruyur. İltihabı götürür, qastrit əmələ gəlməsinə qoymur

- Xoşbəxtlik hormonu serotonin artır Süd yağı triptofan beyin üçün vacibdir. Triptofan və serotonin beynin işini yaxşılaşdırır, yuxunu qaydaya salır, depressiyadan çıxarır, təşviş və qorxuya qarşıdır. Sümük sistemi, endokrin hormonlar, hipofiz üçün vacibdir.

- Mərkəzi sinir sistemini tənzimləyir - deməli bütün nevroloji problemlərdə kərə yağı lazımdır. Bəlkə ona görə son zamanlar insanlarda pessimizm, sinir, əsəb pozulması artıb. Çünki yağlı süd və kərə yağı qəbul etmirik.

- Orqanizmin daxilində zərərli göbələklərin yayılmasının qarşısını alır

Həkimlər gündə 30 qram təmiz kərə yağının nə piylənmə, nə damar tutulması, nə ürək problemi yaratmayacağını bildirir.

Bişirilmələr üçün əridilmiş kərə yağı istifadə olunmalıdır.

Milli.Az