"Meyvəli" bazarında yanğın

28 Fevral 2021 21:15

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Meyvəli bazar" ticarət mərkəzində yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ticarət mərkəzində yerləşən mağazalardan birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Milli.Az