Myanmada polislə toqquşma: 6 nəfər öldü

28 Fevral 2021 18:56

Bu gün Myanmanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, aksiyaları dağıtmağa çalışan təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ən azı 6 nəfər ölüb. 

Mandale şəhərində 1 nəfər, Baqo şəhərində 2, Yanqon şəhərində 3 nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib, 15 nəfər xəsarət alıb. 

Qeyd edək ki, fevralın 6-dan başlayan aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir, ölkənin seçilmiş lideri Aunq San Su Çji və digər rəsmilərin azadlığa buraxılması tələb olunur.

Milli.Az