Model kimsəsiz uşaqlara yardım etdi

28 Fevral 2021 19:00

Model Naomi Kempbell xeyirxah addım atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, model jurnalların birinə verdiyi müsahibəsi zamanı kimsəsiz uşaqlara külli miqdarda yardım etdiyini açıqlayıb.

"Kenyada olan zaman işlərim çox olur. Hazırda koronavirus səbəbilə izolyasiya qaydalarına əməl edirəm. Lakin bununla yanaşı kimsəsiz uşaqları da unutmadım. Onlara əlimdən gələn qədər yardım edirəm . Kasıb ailələrin də əlindən tuturam, onlara da maddi və mənəvi dəstək olmağa çalışıram. İstəyirəm ki, onlar daha yoxsulluqdan əziyyət çəkməsinlər".

Milli.Az