Baş məşqçisini və idman direktorunu istefaya göndərdi

28 Fevral 2021 18:54

"Şalke" Bundesliqanın 23-cü turunda "Ştutqart"a darmadağınla uduzduqdam sonra (1:5) klubda kadr dəyişikliklər olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Komandanın baş məşqçisi Kristian Qross istefaya göndərib.

Həmçinin klubun idman direktoru Yoçen Şkimayder, menecer Saşa Rayter və fitnes məşqçisi Vermer Leuthard vəzifələrindən kənarlaşdırılıblar.

Qeyd edək ki, "Şalke" hazırda turnir cədvəlində 9 xalla sonuncudur.

Milli.Az