Kıvanç Tatlıtuğdan 2 milyonluq yatırım

28 Fevral 2021 18:35

Aktyor Kıvanç Tatlıtuğ özünə yeni ərazi alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, modelyer Başak Dizerle evləndikdən sonra hər yay Bodruma istirahətə üz tutan Kıvanç orada özünə 4 hektar torpaq sahəsi alıb.

Aktyor əraziyə 2 milyon lirə (459 min 600 manat) ödəyib. Tatlıtuğ bundan əvvəl Bodrumdan iki villa da alıb.

Kıvanç əmlak, ya da hər hansı bir ərazi alarkən atası ilə məsləhətləşir.

Milli.Az