Dağıstanda polis maşını qəzaya uğradı: 2 ölü, 2 yaralı

28 Fevral 2021 15:58

Dağıstanda sudaşıyan avtomobil polis maşını ilə toqquşub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidmətindən məlumat verilib.

Qəza Buynakski bölgəsinin Atlanaul kəndi yaxınlığında qeydə alınıb. İki polis əməkdaşı ölüb, bir polis və qəzaya səbəb olan sürücü xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər.

Milli.Az