Kamran Musayevin qızının ölüm səbəbi məlum oldu

28 Fevral 2021 12:14

Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin qızının ölüm səbəbi məlum olub.

K. Musayevin Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva ürəktutmasından deyil, insultdan qəfil vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a mərhumun qohumları bildirib.

Gecə saatlarında D. Musayevanın nəşi Türkiyədən Bakıya gətirilib, bu gün dəfn ediləcək.

Milli.Az