Ermənistanda koronavirusla bağlı son vəziyyət açıqlandı

28 Fevral 2021 13:25

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 172 058  nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 265 nəfər COVİD-19-a yoluxub, 2 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3192 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 815 nəfərə yüksəlib.

Milli.Az