Qazaxıstanda daha 590 nəfər koronavirusa yoluxdu

28 Fevral 2021 13:12

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 791 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 212 809 nəfərə çatıb, onlardan 2 540 nəfəri isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 590 olmaqla 196 543 nəfəri sağalıb.

Milli.Az