İntihar edən tələbə ilə bağlı açıqlama

28 Fevral 2021 11:48

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ötən gün intihar edən tələbəsi Seymur Əsgərovla bağlı açıqlama yayıb.

Milli.Az AzDBTİA-dan qafqazinfo-ya verilən məlumata görə, Seymur Əsgərov birinci kurs tələsəbi olub:

"Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissilə qarşıladıq. Məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub. Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir".

Qeyd edək ki, ötən gün Qəbələnin Zərgəli kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov  özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

Milli.Az