Erməni general baş nazirə qarşı çıxdı

28 Fevral 2021 09:38

Sarkisyan adına hərbi universitetin keçmiş rəisi, ehtiyatda olan general Armen Kaqramanyan da qiyamçı hərbçilərin tərəfinə keçib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, general bildirib ki, o, Silahlı Qüvvələrin Baş Qərargahını dəstəkləyərək, Nikol Paşinyanın istefası ilə bağlı tələbə qoşulur. "Birmənalı şəkildə dəstəyimi bildirirəm", - deyə Kaqramanyan əlavə edib. Bildirib ki, baş qərargah rəisinin və zabit heyətinin imzaladığı bəyanat tamamilə doğrudur.

Qeyd edək ki, bundan əvvəl Ermənistan ordusunun polkovniki də eyni məzmunlu mövqedən çıxış etmişdi.

Milli.Az