Peru sahillərində güclü zəlzələ olub

28 Fevral 2021 09:31

Peru sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 02.16 radələrində baş verən zəlzələnin ocağı Arekipa regionundan 81 km cənub-qərbdə, 9 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Milli.Az