“Belə total dağıntıları hətta Suriyanın Homs şəhərində görməmişdim” - FOTO

28 Fevral 2021 00:37

"Müharibənin məhv etdiyi Qarabağ şəhəri Ağdamda olduq. Sadəcə, Hirosimadır. Belə total dağıntıları hətta Suriyanın Homs şəhərində görməmişdim. Bir salamat ev qalmayıb. Cümə məscidinin minarələrinin qalması möcüzədir. Amma bunun da izahı var. Minarələr ermənilər üçün atəşiş təshih edilməsinə gərəkdi".

Milli.Az bildirir ki, Ukraynanın "İnter" telekanalının hərbi müxbiri Roman Boçkala Facebook-dakı profilində belə yazıb. O, bir qrup əcnəbi jurnalistlə birlikdə Bakıdan işğaldan azad edilmiş ərazilərimizə yollanıb, Ağdam və Füzuli rayonlarında olub.

R.Boçkalanın təəsüratlarını təqdim edirik: "Ağdam Rusiya, Azərbaycan və Ermənistanın imzaladıqları üçtərəfli bəyanat nəticəsində Azərbaycanın nəzarətinə qaytarılmış yeddi rayondan biridir. Beynəlxalq ekspertlərindediklərinə görə, bu ərazilərin minalardan təmizlənməsi üçün 14 il gərəkdir. Mina sahələrinin xəritələri yoxdur. Azərbaycan işğaldan azad edilmiş əraziləri 5 ilə təmizləmək niyyətindədir. 10 il ərzində isə regionun iqtisadiyyatı bərpa ediləcək. Çətin məsələdir, amma böyük istək və resurslar olarsa, mümkündür.

Həmin ərazilərdə azərabycanlılarla etnik ermənilərin birlikdə yaşamalarını təsəvvür etmək daha çətindir. Lakin rəsmi Bakı işğaldan azad edilmiş ərazilərdə əhalinin reinteqrasiyası üçün kompleks planı təqdim etmək niyyətindədir.

Ukraynanı da bu və digər formada bütün bunlar gözləyir..."

Milli.Az