Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb

27 Fevral 2021 16:11

Haitinin paytaxtı Port-o-Prensdə 400-dən çox məhbus həbsxanadan qaçıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş verən qarşıdurma zamanı azı 25 nəfər həlak olub.

Qeyd olunur ki, qurbanların əksəriyyəti məhbuslar tərəfindən öldürülmüş dinc sakinlər olub.

Paytaxtda və ətraf ərazilərdə məhbusların axtarışlar davam etdirilir.

Milli.Az