"Milan" Çalhanoğlu ilə müqavilə imzalayır

27 Fevral 2021 15:46

"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "rossonyerlər"in idman direktoru Riki Massara danışıb. O bildirib ki, Türkiyə millisinin üzvü ilə danışıqlar son mərhələdədir:

"Oyunçularımızın dəyərinin fərqindəyik və yeni sözləşmələr üçün çalışırıq. Hakan Çalhanoğlu ilə danışıqları yekunlaşdırmaq üzrəyik. Tezliklə onunla münasibətləri rəsmiləşdirəcəyimizə əminik".

Qeyd edək ki, "Milan" Hakan Çalhanoğluya yeni sözləşmə qarşılığında illik 4 milyon avro maaş təklif edib.

Milli.Az