Sarkisyan Qasparyanla bağlı hələ də qərar verməyib

27 Fevral 2021 13:57

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı hələ də qərar verməyib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu Sarkisyanın köməkçisi Asmik Petrosyan deyib.

"Hələ qərar qəbul edilməyib" - Petrosyan bildirib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bunun ardınca Paşinyan Qasparyanı istefaya göndərib. Lakin müvafiq təqdimatı hələ prezident imzalamayıb.

Milli.Az