Nikolun bu savaşı Ermənistan dövlətini bitirəcək - Qriqoryants

27 Fevral 2021 15:10

Ermənistanda ordu çevrilişlə məşğul olmur. Düşünürəm ki, Baş Qərargah rəisi bütün komandirlər adından öz fikrini ifadə edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Norat Ter-Qriqoryants deyib.

"Paşinyan zabitləri vəzifəsindən azad etməyə davam edir. Bu isə ordu üçün təhqirdir. O, həmçinin ordunun avtoritetini ayaqlar altına atıb. Onun gələcək fəaliyyəti dövlətin itirilməsi ilə nəticələnə bilər", - deyə o bildirib.

Milli.Az