"Həmin matç həyatımdakı ən pis məğlubiyyət idi"

27 Fevral 2021 15:39

"Sizə tam səmimi deyə bilərəm ki, həmin oyundan sonra iki gün qaranlıqda qalmış kimi hiss etdim".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Tomas Tuhel deyib. PSJ-də işlədiyi dəvrlərdə Çempionlar Liqasının 1/8 finalında  "Mançester Yunayted"ə uduzduqları matçı xatırlayan mütəxəssis həmin görüşü karyerasının ən pis məğlubiyyətlərindən hesab etdiyini deyib:

"Heç kimlə danışa bilmirdim. Bu məğlubiyyətdən başqa bir şey düşünə bilmədim. Bəlkə də həyatımdakı ən pis məğlubiyyət idi. İki gün ərzində bir məşqçinin ola biləcəyi ən pis vəziyyətdə idim. Hamımız məğlubiyyətin çətin bir şey olduğunu bilirik".

Qeyd edək ki, Tomas Tuhellə "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşerlə növbəti dueli fevralın 28-də olacaq. Komandalar Premyer Liqa matçında üz-üzə gələcəklər. Görüş 20:30-da başlayacaq.

Milli.Az