Almalı su: şəfa sirri - Hazırlanma qaydası

28 Fevral 2021 22:56

İnsan orqanizmi hər gün 2 litrə yaxın su qəbul etməlidir. Adi suyu içmək istəməyənlər, onu təbii dadlandıra bilər.

Bunun üçün suya faydalı meyvənin ləti, qabıqları əlavə edilə bilər.

Milli.Az almalı suyun faydalarını təqdim edir.

Almalı suda kofe və çaydakı kimi tonin və kofein olmadığı üçün təzyiqin qəfil artması, bədəndə ödem və ürəyə yük düşməsi baş vermir.

Almalı su həzm sistemi, mədə-bağırsağı tənzimləyir, damarları təmizləyir, dərinin rəngini yaxşılaşdırır, gözaltı qaralmalarla mübarizə aparır, arıqladır, qanı zənginləşdirir.

Almalı su öd və böyrək daşları olan insanlara olmaz, çünki diuretik təsir edir. Amma böyrəkləri yaxşı təmizləyir.

Bu suyu səhər, yeməkdən sonra, işdə də içə bilərsiz

Necə hazırlanır:

1 litr adi suya iri bir almanı doğrayıb, dilimləyib qatırsız. Zövqə görə yarım çimdik darçın da əlavə edə bilərsiz.

Sərin soyuq yerdə gecədən səhərə kimi saxlanılır və sabah gün ərzində içilir. /medicina.az

Milli.Az