Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir - ÜNVANLAR

27 Fevral 2021 09:55

Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası keçirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Milli.Az