ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

27 Fevral 2021 09:09

ABŞ-ın Holl dairəsində (Corciya ştatı) birmühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 3 nəfər həlak olub.

Məlumata əsasən, Qeynsvil aeroportundan havaya qalxan təyyarə Deytona-Biç şəhərinə uçurmuş. Qəza yerinə gələn xilasedicilər hadisə yerində 3 nəfərin meyitini aşkarlayıblar.

Bildirilir ki, yanacaq sızması səbəbindən qəza yerinin yaxınlığında yerləşən bir yaşayış evinin sakinləri təxliyyə edilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Milli.Az